Azərbaycan FHN taktiki təlim keçirib

2 May 2012 21:02 (UTC+04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Heydər Əliyev Beynəlxalq Hava Limanında \"Hava gəmilərində baş verən yanğınlar zamanı insanların (sərnişin və heyət üzvlərinin) xilas edilməsi və yanğının söndürülməsi\" mövzusunda taktiki təlim keçirib. FHN-dən SİA-ya verilən məlumata görə, hava Limanının Təhlükəsizlik Xidməti ilə birgə keçirilmiş tədbir zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, o cümlədən FHN-in \"112\" və \"101\" xidmətlərinə ötürülməsi, Aviasiya Təhlükəsizliyi Xidmətinin və FHN DYMX-nin, o cümlədən digər xidmətlərin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq yerə enmiş yanan təyyarədən təxliyə əməliyyatının və yanğınsöndürmənin təşkili həyata keçirilib.

Təlimdə DYMX və Beynəlxalq Hava Limanının Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə Xidmətinin 70-dən çox yanğınsöndürəni, xilasedicisi, hava gəmilərinin xidmətçi heyəti iştirak edib.