“Azerbaijans.com” saytında daha bir yenilik...
2 May 2012 18:42 (UTC+04:00)
Bundan sonra istifadəçilər "azerbaijans.com" saytından Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, "Eurovision", türk və xarici estrada nümunələrini dinləyə biləcəklər. SİA-nın məlumatına görə, belə ki, bu günlərdə daha bir uğurlu yenilənməyə imza atan saytın radiosu fəaliyyətə başlayıb. İnternet Radio (http://radio.azerbaijans.com) 24 saat efirdə olacaq. Radio istifadəçilərinin rahatlığı üçün sayta müxtəlif pleyerlər də yerləşdirilib.