Gəncə-İstanbul reysi iki illik fasilədən sonra bərpa olundu

2 May 2012 17:35 (UTC+04:00)

İki illik fasilədən sonra Gəncə Hava Limanına İstanbuldan uçan təyyarə yerə enib. Səhər saat 07:05 radələrində yerə enən reys sərnişinlərin ürəyincə olub. SİA-nın bölgə müxbirinin məlumatına görə, reyslər 180 yerlik "Aerobus-A-320" tipli təyyarə ilə həyata keçiriləcək. Həftə ərzində 3 uçuş nəzərdə tutulub. Türkiyənin İstanbul şəhərinə təlabat olduğundan mütəxəssislər reysi rentabelli hesab edir. Məlumat üçün bildirək ki, biletlər 79 avrodan 110 avroyadək dəyişir.

Qeyd edək ki, reyslərin sayının gələcəkdə 5-ə çatdırılması nəzərdə tutulur.


İlham Məmmədov