Del Pyero "Yuventus"u tərk edəcəyi tarixi açıqlayıb

2 May 2012 14:20 (UTC+04:00)
"Yuventus"un əfsanə futbolçusu Alessandro Del Pyero, komandanı tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, 37 yaşlı əfsanə futbolçu, mayın 20-də "Napoli" ilə keçiriləcək Kubok qarşılaşmasından sonra "qoca sinyora" ilə vidalaşacaq. 19 ildir ki, "Yuventus"un heyətində çıxış edən təcrübəli futbolçu, komandanın heyətində bir sıra titullara sahib olub. Futbolçu bildirib ki, yalnız iyun ayından sonra futbol koryerası ilə bağlı vacib qərar qəbul edəcək.