Milli komandamızın planları məlum oldu

2 May 2012 13:02 (UTC+04:00)

Olimpiya oyunlarına hazırlaşan boks üzrə kişilərdən ibarət milli komandamızın hazırlıq planı açıqlanıb. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, hazırda Bakıda təlim-məşq toplanışında olan boksçularımız mayın 14-də Minskə yola düşəcək. Yığmamız orada Liventsovun xatirə turnirində iştirak edəcək. İyunda dünyanın ən güclü boks ölkələrindən olan Kuba millisinin şəhərimizə gələrək komandamızla birgə toplanış keçməsi də nəzərdə tutulub.