ARDNŞ apreldə 36 min 273 ton təyyarə yanacağı ixrac edib

2 May 2012 12:56 (UTC+04:00)
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin aprel ayında 5 min 476 ton avtomobil benzini, 82 min 222 ton dizel yanacağı, 5 min 501 ton təyyarə yanacağı ixrac edib. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, ümumilikdə, 2012-ci ilin yanvar-aprel ayları ərzində 24 min 650 ton avtomobil benzini, 326 min 393 ton dizel yanacağı, 36 min 273 ton təyyarə yanacağı ixrac edilib.