Xələf Xələfov Belarusa gedəcək

2 May 2012 12:46 (UTC+04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarusa səfər edəcək. XİN-dən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Belarus Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasıdır. Səfər 3-5 may tarixlərində reallaşacaq. Səfər çərçivəsində nazir müavini X.Xələfovun Belarus Respublikasının Baş nazirinin birinci müavini Vladimir Semaşko, Belarusun xarici işlər naziri Sergey Martınov və xarici işlər nazirinin müavini cənab İqor Petreşenko ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.