Ordumuzun mövqeləri yenidən atəşə tutulub

2 May 2012 10:07 (UTC+04:00)
Ermənistan Ordusunun bölmələri mayın 1-də saat 15.30-dan 15.10-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.45-dən 18.55-dək və 19.20-dən 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Qaralar kəndlərində yerləşən mövqeləri, mayın 2-də saat 05.45-dən 05.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 00.10-dan 00.20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlıgında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.