Zlatan İbrahimoviç \"Real\"a transfer olunmasından danışdı

1 May 2012 20:03 (UTC+04:00)

\"Hazırda \"Milan\"da özümü çox xoşbəxt hiss edirəm. Ona görə də komandadan ayrılmaq niyyətində deyiləm\"


Son günlər adı İspaniyanın \"Real\" futbol klubuna transfer olunacağı ilıə bağlı tez-tez mətbuatda hallandırılan \"Milan\"ın hücumçusu Zlatan İbrahimoviç, kral klubuna keçmək niyyətində olmadığını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, İtaliya nəşrlərinə verdiyi açıqlamada isveçli forvard \"Milan\"ı tərk etmək istəmədiyini dilə gətirib: \"Karyeram ərzində anladım ki, harada ki, özünü rahat hiss edirsən, o komandanı dəyişməməlisən. Hazırda \"Milan\"da özümü çox xoşbəxt hiss edirəm. Ona görə də komandadan ayrılmaq niyyətində deyiləm\".