Hulusi Kılıc: \"Azərbaycanda xarici serialların yayımının dayandırılması qərarına hörmətlə yanaşırıq\"

1 May 2012 17:30 (UTC+04:00)

\"Xarici serialların yayımının dayandırılması Azərbaycanın müvafiq rəsmi qurumlarının qərarıdır və buna hörmətlə yanaşırıq\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.


Səfirin sözlərinə görə, türk dünyası inkişaf edir və bunun üçün də ölkələr arasında ortaq məqamlar tapılmalıdır: "Bunun üçün türkdilli ölkələrin birgə filmlər, seriallar çəkməsi lazımdır. Biz Azərbaycan rəsmilərinin qərarlarına hörmətlə yanaşırıq. Düşünürəm ki, xarici serialların yayımının dayandırılması barədə qərar Azərbaycan üçün xeyirli olar".