“Çar Rusiyasının isti dənizlərə enmək istəkləri və ermənilər”

1 May 2012 17:35 (UTC+04:00)

Tarixdə heç bir zaman olmayan uydurma "erməni soyqırımının" 100-cü ildönümü yaxınlaşdıqca Türkiyədə də erməni araşdırmalarının və keçirilən elmi toplantıların sayı artıb. SİA-nın məlumatına görə, belə toplantılardan biri mayın 2 və 5-də Ərzurumda keçiriləcək.

Atatürk Universitetində təşkil olunacaq "Birinci beynəlxalq türk-erməni əlaqələri və böyük güclər" adlı simpoziumda Türkiyə, ABŞ, İsveç, İran və digər ölkələrdən 90-dan çox tarixçi və siyasətşünas iştirak edəcək. Simpoziumda görkəmli Azərbaycan tarixçisi, millət vəkili Musa Qasımlı xarici ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında hazırladığı "Çar Rusiyasının isti dənizlərə enmək istəkləri və ermənilər" mövzusunda məruzə ilə çıxış edəcək.