Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib

1 May 2012 17:15 (UTC+04:00)

Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş şahmat üzrə məktəblilərin rayon turniri keçirilib.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon icra hakimiyyətinin tədbirlər planına əsasən gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 10, 12, 14, 16 yaş qrupları üzrə məktəblilər iştirak edib. Hər yaş qrupu üzrə birinci və ikinci yerləri tutmuş şagirdlərə gənclər və idman idarəsinin diplomları təqdim edilib. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə futbol, voleybol və kross qaçışı üzrə də rayon birincilikləri keçiriləcək.



Şamxal Cəliloğlu