İki gəncin mübahisəsi avtomobil qəzasına səbəb olub

1 May 2012 15:12 (UTC+04:00)

Bərdədə baş verən növbəti yol qəzasında iki minik maşını toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında iki gənc mübahisə edərək söhbətlərinə aydınlıq gətirmək məqsədilə şəhərdən kənara üz tutublar. Sükan arxasına keçən gənclərdən biri yoldaca digərinin avtomobilini bilərəkdən arxadan vuraraq yoldan çıxarıb. Məlumat üçün bildirək ki, qəzanı törədən şəxs avtomobili ilə bərabər Bərdə polisi tərəfindən axtarılır.

Qeyd edək ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Şamxal Cəliloğlu