Ziyafət Əsgərov: “Kimlərsə öz məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyirlər və bu, baş tutmayacaq” - MÖVQE

1 May 2012 12:39 (UTC+04:00)

Kristof Ştrasserin mövqeyi cəfəngiyyatdır və heç bir əsası yoxudr. O, adi bir vətəndaşdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasserin Azərbaycanla bağlı səslənditidiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kimlərsə öz məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyirlər və bu, baş tutmayacaq.

Vitse-spiker deyib ki, Ştrasserin Ukraynada keçiriləcək Avropa futbol çempionatını, Belarusda keçiriləcək xokkey çempionatını, Azərbaycanda keçiriləcək "Eurovision" mahnı yarışmasını boykot etmək çağırışı onun səviyyəsinin göstəricisidir: " Həmin şəxs və Almaniyanın Ombudsmanı Azərbaycana qərəzlə yanaşır, ölkəyə təzyiq göstərmək istəyir".