Şou-biznes əhlinin ayıbını kim açdı?

1 May 2012 11:12 (UTC+04:00)

Azərbaycanın tanınmış müğənnisi Kərim Abbasov həmkarlarının maddi durumundan söz açıb. SƏSTV-yə açıqlama verən Kərim bunları deyib: "Müğənnilərin evinə çox gedib-gələn deyiləm. Ancaq bəzi həmkarlarım var ki, onlarla ailəvi dostam. Tanıdığım ifaçıların maşınları və evləri özlərinindir. Digər müğənnilərdən isə xəbərim yoxdur. Əslində bu günki gündə maşın almaq o qədər də çətin deyil. Çünki kreditlə almaq olur. O ki qaldı həmkarlarımın yaşadıqları evlərə, özlərinin olmasını dəqiq deyə bilmərəm. Ancaq yaxın dostlarım Səidə Sultan, Natəvan Həbibi, Elnur Məmmədov və 4 ildir küsülü qalıb yenicə barışdığım Rəqsanə İsmayılovanın evi özünündür",-deyə qalmaqallı müğənni dilə gətirib.