Ramin Musayev Əvəzedici və I Divizion komandaları üçün əmr imzalayıb

1 May 2012 11:01 (UTC+04:00)

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Əvəzedici heyətlərin və I Divizion komandalarının oyunu haqda əmr verib. Siasport.az saytının məlumatına görə, yarışların Əsasnaməsinin 3.17 bəndini, həmçinin idman prinsiplərini nəzərə alaraq Unibank Premyer Liqası və əvəzedici komandaların 31-ci və 32-ci turlarının, I Divizionun 29-cu və 30-cu turlarının bütün oyunlarının başlama vaxtını 17:30-a təyin edib.