La-liqada ölməyən intriqa: Messi – Ronaldo

1 May 2012 01:39 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatında çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gəlsə də, bombardirlik yarışında gərginlik davam edir.

35 turdan sonra Messi və Ronaldonun hesabında 43 top var.

Cari turda "Barselona"nın futbolçusu Messi səfərdə "Rayo Valekano"nun qapısından 2 top keçirib. Ronaldo isə "Sevilya" ilə ev oyununda Madrid "Real"ının ilk qolunu vurub. Beləliklə, sona 3 tur qalmış bombardirlər hərəyə 43 top vurub. Lakin Messi penaltidən 6 dəfə, Ronaldo isə 11 dəfə fərqləndiyindən argentinalı birinci sıradadır.

Rəqiblər üçün növbəti 3 turun təqvimi belədir:


36-cı tur:

"Barselona" – "Malaqa"

"Atletik Bilbao" – "Real Madrid"


37-ci tur:

"Barselona" – "Espanyol"

"Qranada" – "Real Madrid"


38-ci tur:

"Betis" – "Barselona"

"Real Madrid" – "Malyorka"