İsrail Məhərrəmov: \"Gürcüstan NATO-ya daxil olmasa müstəqilliyini itirəcək\" - AÇIQLAMA

30 Aprel 2012 22:01 (UTC+04:00)
Qafqaz ətrafı regionda baş verən son hadisələr, İranın dünyaya hərbi təhdidləri, Yaxın Şərqdə müharibə ab-havasının hökm sürməsi bir daha təsdiq edir ki, Gürcüstanın NATO-ya daxil olmaqdan başa youlu qalmayıb. Bunu SİA-ya açıqlamasında Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Baş katibi İsrail Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Gürcüstan NATO-ya daxil olmasa müstəqilliyini itirəcək. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi bunu deməyə əasas verir. Bu gün İranın regina qarşı yönəlmiş hərbi təhdid siyasəti həmçinin Gürcüstanın da milli təhlükəsizliyinə qarşı yönəlib. Heç kim qarantiya verə bilməz ki, Gürcüstan gələcəkdə yeni hərbi müdaxilərlə üzləşməsin. Gürcüstan Türkləri Konfederasiyası Gürcüstanın NATO daxil olması siyasətini birbaşa dəstəkləyir və bu siyasətin həyata keşməsini Gürcüstanın milli suverenliyinin qarantı hesab edir.

İsrail Məhərrəmov həmçinin əlavə edib ki, Gürcüstanda kompakt şəkildə yaşayan türk (azərbaycanlı) əhalisi ölkənin NATO hərbi-siyasi blokuna daxil olmasına tərfdardır.