"Barselona"dan növbəti futbol şousu!

30 Aprel 2012 13:27 (UTC+04:00)
Dünən İspaniya La Liqasında 35-ci turun növbəti qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionluqdan və UEFA Çempionlar Liqasından əlini üzən "Barselona", səfərdə qarşılaşdığı "Rayo Valyekano"ya sözün əsl mənasında futbol divanı tutub. Katalonlar, son günlər məruz qaldıqları uğursuzluqların və komandada baş verən qan-qaraçılığın qisasını "Rayo Valyekano"dan çıxıblar. Rəqib meydanında əsl futbol şousu göstərən katalonlar zəif rəqiblərini 7:0 hesabı ilə darmadağın ediblər. "Barselona"nın əzəli rəqibi olan "Real" isə öz meydanında "Sevilya"nı 3 cavabsız qol ilə keçib.


"Real" (Madrid) - "Sevilya" - 3:0
Qollar:
Ronaldo, 19 (1:0), Benzema, 49 (2:0), 52 (3:0)

"Saraqoza" - "Atletik" (Bilbao) - 2:0
Qollar:
Qarsiya, 28 (1:0), Apono, 51 (2:0)

"Malaqa" - "Valensiya" - 1:0
Qol:
Kamaço, 27 (1:0)

"Betis" - "Atletiko" (Madrid) - 2:2
Qollar:
Koke, 63 (0:1), Pozuelo, 86 (1:1), Pereyra, 88 (2:1), Falkao, 90 (2:2)

"Rayo Valyekano" - "Barselona" - 0:7
Qollar:
Messi, 16 (0:1), 90 (0:7), Rober, 26-avtoqol (0:2), Keyta, 39 (0:3), Pedro, 47 (0:4), 87 (0:6), Alkantara, 77 (0:5

"Qetafe" - "Malyorka" - 1:3
Qollar:
Viktor, 30 (0:1), Alfaro, 68 (0:2), Hemad, 78 (0:3), Aleksis, 90 (1:3)

"Espanyol" - "Sportinq" (Xixon) - 0:3
Qollar:
Kalunqa, 47 (0:1), Treyo, 70 (0:2), Biliç, 80 (0:3)

"Real" (Sosyedad) - "Santander" - 3:0
Qollar:
Qriezman, 47 (1:0), 70 (2:0), Aqirretxe, 83 (3:0)

"Levante" - "Qranada" - 3:1
Qollar:
Kone, 46 (1:0), İghalo, 67 (1:1), Torres, 74 (2:1), Valdo, 84 (3:1)

"Vilyareal" - "Osasuna" - 1:1
Qollar:
Soriano, 44 (1:0), Qarsiya, 72 (1:1)