BMT-də 822 saylı qətnamənin qəbulundan 19 il ötür

30 Aprel 2012 10:28 (UTC+04:00)
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin qeyd-şərtsiz boşaltması barədə irəli sürdüyü 822 saylı qətnamənin qəbulundan 19 il ötür. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 1993-cü il aprelin 30-da 3205 saylı iclasda 822 saylı qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu 1992-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.