Səbinə Babayeva Engelbert Hamperdinkin Vətənində

29 Aprel 2012 20:35 (UTC+04:00)
Azərbaycanın 57-ci \"Eurovision\" Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva bu gün Böyük Britaniyanın paytaxtı Londonda \"Eurovision Party\"də iştirak edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçimiz bu mərasimdə çıxış etməklə yanaşı, Londonda pərəstişkarları, digər ölkə təmsilçiləri ilə görüşüb. Səbinə \"Eurovision Party\"də Portuqaliya, Litva, Macarıstan, San Marino, Fransa, Sloveniya və Serbiya təmsilçiləri ilə bir səhnədə yer alıb.

Qeyd edək ki, təmsilçimiz bu çıxışında pərəstişkarlarına sürpriz hazırlayıb. Səbinə \"Eurovision Party\"də \"Eurovision-2012\"-dəki \"When the Music Dies\" mahnısının 4 remiksini-Disco Mix, Synthpop Mix, Club Mix və Radio Mix variantlarını təqdim edəcək. Engelbert Hamperdinkin (Engelbert Humperdinck) Vətənindən sonra Səbinə Babayeva Maltaya gedəcək. Səfər çərçivəsində təmsilçimiz Maltanın bir neçə televiziya verilişində çıxış edəcək, ölkə mətbuatına müsahibələr verəcək.