"İnter" - "Xəzər-Lənkəran" komandaları indiyə kimi 29 dəfə üz-üzə gəlib və bazar günü baş tutacaq qarşılaşma sayca 30-cu oyun olacaq. Siasport.az saytının məlumatına görə, 21 matç çempionat, 8 qarşılaşması kubok turniri çərçivəsində keçirilib. 8 oyunda "İnter" qalib gəlib, 13 qarşılaşma sülhlə başa çatıb, 8 qarşılaşmada isə "Xəzər-Lənkəran" komandası güclü olub. Toplar arasında fərq 30-31 "Xəzər-Lənkəran"ın xeyrinədir.
Qeyd edək ki, komandalar arasında ilk oyun 2004-ci il noyabrın 21-də, Azərbaycan Çempionatının 2004-2005-ci il mövsümü çərçivəsində baş tutub. İlk görüşdə "İnter" rəqibini 1:0 minimal hesabla məğlub edərək qələbəni bayram edib. Komandaların qarşıdurma tarixində ilk qolun müəllifi Vladimir Makovski olub. Əgər ancaq çempionat oyunlarının nəticələri nəzərə alınarsa, o zaman 22 görüşdə balans belə alınır: "İnter" 6 dəfə qalib gəlib, 11 qarşılaşma heç-heçə ilə başa çatıb və 4 dəfə "Xəzər Lənkəran" meydanı qalib kimi tərk edib. Toplar arasında fərq 22-21 "İnter"in xeyrinədir.
Məlumat üçün bildirək ki, çempionat çərçivəsində keçirilən 10 ev matçında "İnter" aşkar üstünlüyə malikdir. Belə ki, komanda 4 görüşdə qalib gəlib, 5 matçda qalib müəyyənləşməyib və yalnız 1 oyunda qələbəni qonaq "Xəzər-Lənkəran" komandası qeyd edib. Ev matçlarında top fərqi "İnter"in xeyrinədir-12-9.
Cari mövsümdə klublar bir-biri ilə 5 dəfə qarşılaşıb. 3 matç çempionat çərçivəsində keçirilib, 2 matç isə kubok turnirinin payına düşür. 5 qarşılaşmanın 3-də "İnter" qalib gəlib -1:0,1:0 və 3:2, 1 dəfə heç-heçə qeydə alınıb və 1 dəfə lənkəranlılar qələbəyə seviniblər -2:0. "İnter"-"Xəzər-Lənkəran" qarşıdurmasında populyar hesab 1:1 və 1:0-dir. Belə hesab 7 dəfə qeydə alınıb.
Xatırladaq ki, "İnter" - "Xəzər-Lənkəran" arasında matç aprelin 29-da "Şəfa" stadionunda baş tutacaq. Oyun saat 19.00-da başlayacaq.