Haitidə güclü yağışlar can aldı

28 Aprel 2012 13:18 (UTC+04:00)
Haitinin cənub-qərbinə yağan güclü yağışlar nəticəsində 10 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər itkin düşüb, 3 mindən çox ev sel suları altında qalıb. Qeyd edək ki, Haitidə iki il bundan əvvəl meydana gələn güclü zəlzələ nəticəsində təxminən 500 min adam evsiz-eşiksiz qalmışdı.