İctimai Palata yenidən Bakı şəhər İcra Hakimiyyətinə üz tutdu
27 Aprel 2012 19:36 (UTC+04:00)
İctimai Palata mayın 6-na təyin olunan yürüş-mitinqlə bağlı qərar verib. Koordinasiya Şurasının aprelin 27-də keçirilən iclasında mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət qərarı çıxarılıb. Koordinasiya Şurasının üzvü Rafiq Manaflının SİA-ya verdiyi məlumata görə, aksiyanın mayın 6-da saat 16-dan 18-dək keçirilməsi haqda qərar qəbul olunub.