Azərbaycan Dövlət İqtisad Universitetində buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunacaqmı?

27 Aprel 2012 17:54 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, 2010-2011-ci tədris ilində Azərbaycan Dillər Universitetinin təklifi və Təhsil Nazirliyinin razılığı əsasında bu ali məktəbdə buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunub. Bu sistemin cari ildə digər ali məktəblərdə də tətbiq olunacağı gözlənilirdi. Hətta Təhsil Nazirliyinin şöbə müdiri İlham Mustafayev Azərbaycanın bəzi ali məktəblərində buraxılış işinin və yekun dövlət imtahanlarının ləğv olunmasının mümkün olduğunu deyib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev müraciət etdik. Ş.Hacıyev SİA-ya açıqlamasında bildirib ki, bununla bağlı hər kəs tərəfindən qəbul edilən dövlət standartı var. Onun sözlərinə görə, bütün məsələlər və proseslərin necə baş verməsi ilə bağlı vəziyyət orada dəqiq göstərilib. Ş.Hacıyev qeyd edib ki, qanunda necə varsa, Azərbaycan Dövlət İqtisad Universitetində də elə yerinə yetiriləcək.

Bir müddət öncə universitetində tələbələrin müəyyən məsələlərlə bağlı aksiyası keçirməsinə də münasibət bildirən rektor qeyd edib ki, elə bir şey olmayıb: "Azərbaycan Dövlət İqtisad Universitetində imtahanlar tam şəffaf və obyektiv şəkildə aparılır. Universitetdə nə edilirsə, hamısı tələbələr üçündür. Keyfiyyətli təhsil və maraqlı təhsil mühitinin yaradılmasına xidmət edir".