ABŞ prezidenti Barak Obama uydurma "erməni soyqırımı"nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında yenə "soyqırım" ifadəsindən istifadə etməyib. Erməni diasporasının təzyiqlərinə baxmayaraq Obama 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etmədiyini bildirib və "hay"ların ümidlərinin üstündən xətt çəkib. Prezident ötən il olduğu kimi, bu dəfə də "meds yeghern" (böyük fəlakət) deməklə kifayətlənib.