“Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək” layihəsinə start verildi

23 Aprel 2012 20:34 (UTC+04:00)

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın torpaqları 20 % işğala məruz qalıb, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayr, 30 minə yaxın şəhid, 45 mindən artıq isə əlil olub, Şuşa şəhəri, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları xarabalığa çevrilib və qədim tarixi mədəniyyət abidələrimiz, yad bir xalqın əsarətinə düşərək onların tapdağına çevrilərək müharibənin qurbanı olub. Bunu SİA-ya "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamaliyev yeni layihəyə start verilməsi ilə bağlı açıqlamasında bildirib.


İctimai Birliyinin sədri qeyd edib ki, baş vermiş münaqişədən 23 il keçməsinə baxmayaraq bu gün hələ də minlərlə qaçqın və məcburi köçkünlərimizin yaşayış şəraitləri yaxşı deyil. Qaçqın və məcburi köçkünlərin əksəriyyəti hələ də şəraiti olmayan və sanitariya baxımından yararsız zirzəmilərdə, fermalarda, uşaq baxçalarında, yarımçıq qalmış tikilili binalarda yaşayırlar. Artıq qaçqın və məcburi köçkünlər arasında yeni-yeni ailələr yaranıb ki, onların da ayrı mənzildə yerləşdirilməsi problemə çevirilib.


1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunmasına baxmayaraq hər gün cəbhə bölgəsində atəşkəsin ermənilər tərəfindən pozulması nəticəsində təhlükəli həyat yaşayaraq çoxlu itkilərə məruz qalırlar. Atəşkəsin pozulması nəticəsində hər gün əsgərlərimizdən çoxlu sayda şəhidlər olub, əhaliyə isə çoxlu maddi, mənəvi və iqtisadi ziyan dəyib.


Bütün bunlar vətəndaşlarımızın mənəvi-psixoloji həyatına mənfi təsir göstərərək, onların ağır sosial, iqtisadi və ekoloji stresslər şəraitində yaşamalarına səbəb olur. Bunun da nəticəsində həmin vətandaşlar sosial problemllərlə üzləşərək yaranmış problemlərin həll olunmasında çətinlik çəkirlər və bilmirlər ki, problemlərin həll olunması üçün hara və necə müraciyət etsinlər.


Ən böyük faciə ondan ibarətdir ki, işğal olunmuş rayonların böyüməkdə olan yeniyetmə və gənc nəslin Qarabağ ərazisində yerləşən kəndləri, tarix və mədəniyyət abidələri haqqında məlumatları azdır və bu tendensiya günü-gündən davam edir.


Bundan əlavə çox əfsuslar olsunki, bəzi regionlarda müharibədən zərər çəkmiş vətəndaşlar hələ də onlara dövlət tərəfindən şamil edilmiş "Müharibədən zərər çəkmiş vətəndaşlara şamil edilmiş güzəştlər haqqında" Azərbaycan Respublikasının qanununları bilmədiklərindən onlar həmən hüquqlardan istifadə edə bilmirlər.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi olaraq biz müharibədən zərər çəkmiş vətəndaşlara sosial problemlərinin qismən də olsa həll olunmasını təmin etmək məqsədi ilə, "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərinin həllinə hüquqi dəstək" layihəsini həyata keçiririk.


Layihənin əsas məqsədi, "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanununun Bakı şəhərində tətbiq olunmasna nəzarət etmək və bu sahədə, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərin ortaya çıxmış sosial problemlərinin həllinə kömək etmək və "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında qanunların Bakı şəhərində aidiyyəti orqanlar tərəfindən tətbiq olunub-olunmamasını araşdırmaq və regionlarda yaşayan, müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərə şamil edilmiş hüquqları haqqında qanunları öyrətmək məqsədi ilə marifləndirmə işləri görməkdir.


İctimai Birliyimizin əməkdaşlarıının müharibədən zərər çəkmiş vətəndaşlar arasında keçirdiyimiz görüşlər nəticəsində apardığımız sosoloji araşdırmalarımıza əsasən, müharibədən zərər çəkmiş işğal altında olan rayonların yaşlı sakinlərinin çoxu öz doğma dədə baba yurd-yuvalarından didərgin düşdükləri üçün bu dərdə dözə bilmədiklərindən onlar vaxtsız olaraq dünyalarını dəyişdiyi məlum olub.


Təşkilatımızin əməkdaşları şəhid ailələr arasında apardığı araşdırılmalarına əsasən məlum olub ki, şəhid ailələrinin övladlarının bir çoxsu özəl ali məktəblərə oxuduqları üçün onlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər.


Dövlət statuslu ali məktəblərdə təhsil alan şəhid ailələrinin övladları təhsil haqqını ödəmək məcburiyyətində qalırlar. Onlar imkansızlıq ucbatından təhsil haqqını ödəyə bilmədikləri üçün dövlət və özəl ali məktəblərdən xaric edilirlər. Bundan əlavə şəhid ailəsi müharibə nəticəsində ailə başçısını itirdikləri üçün onlar sosial problemlərlə üzləşmiş məhs bu səbəbindən onların əksəriyyətinin peşəsi olmadıqlarına görə idarə və müəssələrdə işləmələri problemə çevirilir.


"Müharibədən zərər çəkmiş vətəndaşlara edilən güzəştlər haqqında" Azərbaycan Respublikası qanunu tətbiqi ilə əlaqədar olaraq müharibədən zərər çəkmiş vətəndaşlara sosial-təhsil problemlərinin həllinə adiyəti olan bəzi yerli icra strukturaları tərəfindən biganəlik edilir.


Müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkün ailələri bilmirlər ki, bu problemlərin həll olunması istiqamətində hara və kimə necə müracıət etsinlər. Bu isə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına mənfi təsir göstərir.


\"İnanırıq ki, təşkilatımızın həyata keçirtmək istədiyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərinə hüquqi dəstək" layihəsi müharibədən zərər çəkmiş vətəndaşlara və Dağlıq Qarabağın Azərbaycan İcmasına dəstək olacaq\", deyə R.Ağamalıyev bildirib.


\"\"