Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib
23 Aprel 2012 20:11 (UTC+04:00)
Prezident İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsində dair sərəncam imzalayıb. SİA-in AzərTAc-a istinadən verdiyi məlumata görə, aşağıdakı şəxslər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib: Dövlət orqanlarından:
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini
Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini
Qeyri-hökumət təşkilatlarından:
Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi
Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Vəliyeva Dilarə Hətəm qızı - "Mülk" İctimai Assosiasiyasının prezidenti
İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
Nuriyev Əliməmməd Mali oğlu - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti