Bu gün Premyer Liqada 2 qarşılaşma keçiriləcək

21 Aprel 2012 12:50 (UTC+04:00)
Bu gün Unibank Premyer Liqasının XXIX turu çərçivəsində 2 görüş keçiriləcək. Siasport.az idman portalının məlumatına görə, Premyer Liqada 4 komanda mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, ilk görüş "Rəvan" – "Turan" klubları arasında baş tutacaq. AFFA nümayəndəsi Ramiz Əliyev, Hakim-inspektor Səfər Haşımov olacaq.Oyun, "Dalğa Arena" stadionunda, saat 16:00-da başlayacaq.

Qeyd edək ki, günün digər oyunu isə, "Simurq" və "Sumqayıt" komandaları arasında baş tutacaq. AFFA nümayəndəsi Eldar Qasımov, Hakim-inspektor isə Şahin Cəfərov olacaq. Görüş Zaqatala şəhər stadionunda saat 18:00-da keçiriləcək.