\"Mən Azərbaycan mədəniyyətini Amsterdam səhnəsində bölüşməyimdən qürur duyuram. Burada Eurovision pərəstişkarları üçün \"When the Music Dies\" mahnısını həm Azərbaycan, həm də ingilis dilində canlı ifa etmək imkanı olacaq\". SİA-nın məlumatına görə, bunu Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçimiz Səbinə Babayeva bildirib.
Qeyd edək ki, Səbinə Babayeva aprelin 21-də Niderlandda \"Eurovision In Concert\" şousunda çıxış edəcək.