Millət vəkillərinin yubiley TƏBRİKLƏRİ

20 Aprel 2012 18:44 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün ölkənin orta ümumtəhsil, orta ixtisas və məktəbəqədər təhsil müəsisələri üçün ali təhsiolli pedaoji kadr hazırlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 90 illik yubileyi qeyd edilib. SİA-nın xəbərinə görə, universitetin yubileyini təbrik edən millət vəkilləri isə onun Azərbaycan təhsilində mühüm yer tutduğunu deyiblər.

Yeni Azərbaycan Partiyasının sdər müavini, icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda ali təhsilin inkişafına böyük töhfələr verən pedaqoji universitetin yubileyi bütövlükdə Azərbaycanda təhsil sisteminin əlamətdar günlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanda maarifçiliyin inkişaf etdirilməsində, bütövlükdə, elmin inkişafında bu universitetdə təhsil almış insanların əməyi olub: "Bu universitet xüsusilə Azərbaycanda həm ali təhsilin, həm də bütövlükdə maarifçiliyin inkişafına töhfələrini verib. Müstəqil Azərbaycan dövlətinin, eləcə də elm və təhsil sisteminin formalaşmasında, inkişaf etməsində bundan sonra da universitet öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirəcək".

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə hesab edib ki, bu yubiley Azərbaycan təhsilinin və elminin çox böyük bir bayramıdır: "Universitetin yubileyi münasibətilə ali təhsil ocağının bütün müəllim və tələbə heyətini təbrik edirəm. Təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzulayıram".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva da Azərbaycan Dövlət Pedaqoji Universitetin bütün kollektivini bu bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "Bu ali məktəbin Azəbaycan da pedaqoji kadrların hazırlanmasında, xalqın maarifləndirilməsində, yeni kadrların ixtisaslaşmasında müstəsna xidmətləri olub. Bu universitetin məzunları Azərbaycanın milli mədəniyyətinin, elminin, təhsilinin inkişafına çox böyük töhfələr veriblər".