“Simurq” Andreys Rubinslə müqaviləsini ləğv etdi
19 Aprel 2012 15:48 (UTC+04:00)
"Simurq" PFK yarımmüdafiəçi Andreys Rubins ilə qarşılıqlı razılıq əsasında müqaviləsini vaxtından əvvəl ləğv edib. Siasaport.az saytının məlumatına görə, Andreys Rubins 2011-ci ilin sentyabr ayından "Simurq"un formasını geyinib və ilk dəfə V turda "İnter"lə oyunda debüt edib. Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda "Rəvan"la görüşdə "Simurq"un forması altında ilk və sonunçu qolunu vurub.Məlumat üçün bildirək ki, təcrübəli yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının "İnter" və Ağdamın "Qarabağ" klubunda forma geyinib.