Azərbaycan hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransında və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyasında iştirak etmək üçün Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini tam təmin edib.
SİA-nın xəbərinə götə, bunu jurnalistlərə açıqlamasında Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan bildirib. Onun sözlərinə görə, təhlükəsizlik yüksək səviyyədə təşkil olunub və onlar bundan razıdırlar.