\"Azərbaycan dünyada meyvə-tərəvəz məhsullarının ixracatçısına çevrilə bilər və dünyada bu məhsullara ehtiyac böyükdür\". SİA-nın xəbərinə görə, bunu Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Vedat Mirmahmudoğulları söyləyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də inkişafına inanır və hazırda bu, gözəçarpan dərəcədə müşahidə olunur.
O, qeyd edib ki, Türkiyə Azərbaycan ilə kənd təsərrüfatı sahəsində texnologiyaların inkişafında əməkdaşlıq edir: "Bu əməkdaşlığı gələcəkdə daha da sürətləndirə bilərik. Türkiyədən Azərbaycana əsasən meyvə-tərəvəz məhsulları ixrac olunur. İnanıram ki, gələcəkdə Azərbaycandan Türkiyə və dünyanın bir sıra ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac ediləcək".