Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib
19 Aprel 2012 11:07 (UTC+04:00)
Tayvanın şərqində 5,4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələ ölkənin şərqindəki Hualien şəhərinin 16.9 kilometr şimalında yerin 23 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.