Neft ucuzlaşıb
19 Aprel 2012 09:28 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,53 dollar və ya 1,5% azalaraq 1 barelə görə 102,67 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 0,7% azalaraq 117,97 dollar olub.