"Təmiz Şəhər" ASC Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) şagirdlərlə görüş keçirib.
ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqsəd uşaqların diqqətini bərk məişət tullantılarının ətraf mühitə təsirinin azaldılmasına yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların məsuliyyətini artırmaq olub.
"Təmiz Şəhər" ASC-nın Layihəhələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qurumun fəaliyyəti haqqında, o cümlədən Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən layihələr, ictimaiyyətin bu prosesdə rolu, tullantılardan az istifadə və təkrar istifadənin əhəmiyyəti barədə danışıb.