Pol Makkartni yeni klipini təqdim edib- FOTOSESSİYA
18 Aprel 2012 12:49 (UTC+04:00)
Dünya şöhrətli britaniyalı rok-musiqiçi, müğənni-bəstəkar Pol Makkartni yeni klipini təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 75 yaşlı müğənni daha çox gənclərin diqqətini çəkən \"My valentine\" mahnısının klipinin Los-Ancelesdə təqdimatını keçirib. Klipin baş qəhrəmanları isə tanınmış aktrisa Natali Portman və aktyor Conni Depdir.
Klipin təqdimatında bir çox tanınmış ulduzlarda iştirak edib. Qonaqlar sırasında Qven Stefani, Qvinet Peltroy, Riz Uizerspun, Miranda Kerr, Kristen Stüart və başqa tanınmışlar olub.