Elman Abdullayev: “Eurovision” musiqi yarışmasının kimlərsə tərəfindən siyasiləşdirilməsi yersiz və əsassızdır”

16 Aprel 2012 18:05 (UTC+04:00)

"Eurovision" musiqi yarışması mədəni tədbirdir və kimlərsə tərəfindən siyasiləşdirilməsi yersiz və əsassızdır. SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, musiqi yarışmasının məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya mədəniyyətinə inteqrasiya olduğunu göstərir.

Bəzi beynəlxalq təşkilatların qərəzli fikirlərinə gəlincə Elman Abdullayev: "Beynəlxalq təşkilatların öz hesabatlarında göstərdiyi məqamlara gəlincə təbii ki, bu məqamları tam şəkildə biz rədd edirik. Bu məqamlar qeyri-obyektivdir. Ümumiyyətlə, həmin təşkilatların Azərbaycanla bağlı tənqidi hesabat hazırlaması bu təşkilatların qərəzliliyini nümayiş etdirir. Bununla bu təşkilatlar öz mövqelərində tutduqları neytrallığı şübhə altına qoydular. Bu cür yanaşma ilə həmin təşkilatlar Azərbaycanın güclü inkişafına zərbə vurmağa çalışır. Əslində onlar bizə yardım etməlidirlər",-deyə bildirib.