Qızlarımız Macarıstan klubunu darmadağın edib
13 Aprel 2012 17:17 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az idman portalının məlumatına görə, "MTK Budapesht" komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb.Məlumat üçün bildirək ki, Nərgiz Ömərovanın 1 dəfə fərqləndiyi qarşılaşmada Nigar Cəlilli və Leyla Solmaz isə dubl edib.