Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib
11 Aprel 2012 23:09 (UTC+04:00)
Bu gün Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Nərəcan kənd sakini Rəşidov Elmir Ramiz oğlunun idarə etdiyi 38 BC 045 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı avtomaşın idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.