Edvard Nalbəndyan həmsədrlərlə görüşəcək

11 Aprel 2012 18:02 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jar For (Fransa) ilə görüşəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüş sabah Varşavada baş tutacaq.

Məlumatı Ermənistan Xarici işlər Nazirliyinin mətbuat xidməti də təsdiq edib.