Sabah “Yaz turniri”nə yekun vurulacaq

11 Aprel 2012 17:51 (UTC+04:00)

AFFA və Əlilər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman zalında eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında "Yaz turniri"nə yekun artıq yekun vurulmaq üzrədir. Siasport.az saytının məlumatına görə, artıq yarışların 2 turu geridə qalıb. Nəticələri oxucularımıza təqdim edirik:

I tur

Ümid–Birlik3:4

Zirvə – Şimşək 3:4

II tur

Zirvə – Birlik 9:2

Şimşək – Ümid 7:7

12 aprelin

Saat 10:00. Şimşək – Birlik

Saat 11:00. Ümid – Zirvə.