\"Türkiyə bu il Azərbaycandan 600 mindən çox turist gözləyir. Bu rəqəm hələ aşağı göstəricidir\". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan bildirib.
Onun sözlərinə görə, Türkiyəyə hər il Almaniyadan 4 mln., Rusiyadan da həmin sayda turist gəlir: "İstərdik ki, Azərbaycandan da Türkiyəyə gələn turistlərin sayı artsın".
Müşavir onu da qeyd edib ki, 2011-ci ildə Azərbaycandan Türkiyəyə 580 min turist gəlib: "Bu il isə Azərbaycandan 600 mindən bir qədər çox turist gözləyirik. Azərbaycanlı turistlər digər xarici ölkələrdə qərib turist olmaqdansa, Türkiyəyə gəlib öz evlərindəki kimi istirahət edə bilərlər".