Sumqayıt və Türkiyənin Samsun şəhərləri qardaşlaşdı

10 Aprel 2012 21:19 (UTC+04:00)

Türkiyənin Samsun şəhəri ilə Azərbaycanın Sumqayıt şəhəri "Qardaş şəhər" elan olunub. SİA-nın türk mətbuatına istinadən məlumata görə, Samsun bələdiyyəsinin sədri Yusif Ziya Yılmaz və Sumqayıt Şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev tərəfindən "Qardaş şəhər protokolu" imzalanıb. Samsun bələdiyyəsinin sədri Sumqayıta səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da görüşüb. Türkiyəli qonaq E.Əzizov və Ə.Babayevi Samsuna dəvət edib.