Los-Anceles şəhərinə Azərbaycanın yeni baş konsulu təyin edilib

10 Aprel 2012 21:13 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Los-Anceles şəhərinə ölkəmizin baş konsulunun təyin olunması barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının sərəncamı əsasında Nəsimi Məhəmmədəli oğlu Ağayev Los-Ancelesdə Azərbaycanın baş konsulu vəzifəsinə təyin olunub. Prezidentin digər bir sərəncamı ilə Nəsimi Ağayevə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.