Tacikistan Euronews kanalı ilə əməkdaşlıq edəcək

10 Aprel 2012 19:42 (UTC+04:00)

Tacikistan dövləti Euronews xəbər kanalı ilə əməkdaşlıq etmək istəyir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, məhz bununla əlaqədar olaraq Tacikistanın Avropa Birliyi nəzdindəki daimi nümayəndəsi Rustamjon Soliyevlə Euronews kanalının xəbərlər deportamentinin rəhbəri Peter Barabas bir araya gəlib.

Tacikistan Xarici işlər nazirliyindən yaydığı xəbərdə bildirilir ki, səfir Soliyev Tacikistandakı Beynəlxalq Novruz Şənliklərini bütün dünyaya çatdırılmasına görə, Euronews kanalına öz dərin təşəkkürünü çatdırıb. Görüşdə tərəflər Tacikistan televiziyaları ilə Euronews kanalı arasındakı mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eləcə də Euronews kanalı vasitəsilə Tacikistanın iqtisadi, sərmayə, enerji, turizm və mədəniyyət sahələrindəki potensialının tanıdılması istiqamətində məsələlərdən söhbət açılıb.