Azərbaycan-Rusiya oyununu idarə edəcək hakimlər məlum olub

9 Aprel 2012 16:23 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:00-da Azərbaycan – Rusiya oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində baş tutacaq milli komandaların oyununu idarə edəcək hakimlər heyəti də məlum olub. Belə ki, aşağıda adları göstərilmiş çexiyalı hakimlər qarşılaşmanı idarə edəcək:

Karel Heniç

Yan Kresta

Radek Venç

Bundan əlavə, hakim-inspektor Antonius Van Eekelen (Hollandiya), UEFA nümayəndəsi Zoran Dimiç (Serbiya) görüşə nəzarət edəcək.