Adı qəzaya uğramış "UTair" şirkətinə məxsus "ATR-72" təyyarəsinin həlak olmuş sərnişinlərinin siyahısında olan Dmitriy İvanyuta xəstəxananın reanimasiyasında "peyda olub". "İnterfaks" agentliyinə istinadən verilən xəbərə görə, onu bu gün xəstəxanada olan bacısı tanıyıb.
İvanyutanı sağ qalanların siyahısında olan Konstantin Peyllə səhv salıblar. Peylin həmyerlilərindən biri bildirib ki, adı çəkilən şərnişinin valideynlərindən qan analizi götürülüb ekspertizaya göndəriblər. Məlum olub ki, həlak olan Konstantin Peyldir və o, bu gün torpağa tapşırılacaq.
Xatırladaq ki, aprelin 2-də Tümen-Surqut aviareysini həyata keçirən "ATR-72" təyyarəsi havaya qalxdıqdan bir neçə saniyə sonra qəzaya uğramışdı. Göyərtədəki 43 sərnişindən 31-i həlak olmuş, 12 nəfəri sağ qalaraq xəstəxanaya yerləşdirilmişdi.