Elnur Natəvan Həbibinin qarşısında diz çökdü - FOTOSESSİYA

9 Aprel 2012 15:35 (UTC+04:00)

ATV telekanalının ən baxılan verilişlərindən olan, Mirsalam Mirsalamovun aparıcılığı ilə yayımlanan "Canlı səs" yarışmasının bu dəfəki qonağı olduqca fərqli ulduzlar idi. SİA-nın məlumatına görə, verilişin ilk xanım qonağı olmaq müğənni Natəvan Həbibiyə nəsib oldu. Onunla "döyüş meydanı"na isə ən yaxın dostu, həmkarı Elnur Məmmədov çıxdı.


Elnur zökəm xəstəliyinə tutulmasına və qardaş ölkə Türkiyədə olmasına baxmayaraq Natəvanla duelə çıxmağı qəbul etdi. Elə bunun üçün o Türkiyədə olan işlərini yarımçıq qoyub, paytaxta döndü.


Veriliş zamanı olduqca maraqlı anlar baş verdi. Elnur musiqisini ifa edən zaman Natəvanın qarşısında diz çökdü. Səmimi həmkarlar qalibiyyət uğrunda mübarizə aparmırdılar. Elnur könüllü şəkildə qalibiyyəti Natəvana verdi. Bir-biri ilə rəqabətdə olmayan həmkarlar maraqlı şou nümayiş etdirdilər.


Verilişin ən maraqlı məqamı isə Natəvanın düşmən olduğu xalq artisti Aygün Kazımova haqda verdiyi açıqlama oldu. Qonaq olan jurnalistlərin sualını cavablandıran Natəvan Aygün Kazımovaya öz gücünü göstərdiyini açıqladı: "Mən ona öz gücümü "Nömrə bir" şousunda nümayiş etdirmişəm",-deyən Natəvan daha şok açıqlamaları ilə hər kəsi təəccübləndirəcək.


Verilişdə baş verənləri qaçırmaq istəmirsinizsə, bu şəndə saat 22:00-da gözünüz ATV telekanalında olsun!


Foto müəllifə məxsusdur